• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Şəhid anası vəfat etdi

CƏMİYYƏT

01 Sentyabr 2024 | 09:30 | Müəllif: Qalib İbrahimoğlu

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Sadıqova vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə social şəbəkədə məlumat yayılıb.

Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində anadan olub. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrında Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şəhidlər xiyabanında dəfn olunub.

R.Sadıqov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


Şəhid anası vəfat etdiŞəhid anası vəfat etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR