• Bakı 17° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

"Göyçədə Sizə şəxsən su verəcəyəm" - VİDEO

CƏMİYYƏT

30 Sentyabr 2024 | 22:52

Göyçədə Sizə şəxsən su verəcəyəm - VİDEO

"Bizim çox böyük arzumuz var ki, İnşallah, bayaq dediyiniz kimi, Aşıq Ələsgərin doğulduğu kənddə yenə də onun qəbirüstü abidəsi bərpa olunsun". 

Bakıvatı.az xəbər verir ki, bunu Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Aşıq Ələsgərin abidəsinin açılış mərasimində Prezident İlham Əliyevə deyib.

"Hələ vaxtilə Ulu Öndər Göyçə camaatı ilə görüşəndə belə bir söz deyib ki, mən çox inanıram, inanıram ki, gün gələcək, dövr dəyişəcək, siz öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız və orada ata-babalarınızın qəbrini ziyarət edəcəksiniz və Aşıq Ələsgərin sazı o dağlarda təzədən çalınacaq. Həqiqətən də biz buna inanırıq, çox inanırıq. Çünki Siz ata vəsiyyətini doğrudan həyata keçirirsiniz. İnanırıq ki, o gün bizə qismət olacaq.

Vaxtınızı çox almayacağam, cənab Prezident, mən o vaxt televizorda Sizi qucaqlamışdım, istəyirəm icazə versəniz əlinizi sıxım.

Göyçədə Şəhrəbanu bulağından Sizə şəxsən su verəcəyəm".

 

 


SON XƏBƏRLƏR

30 Sentyabr 2024