• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sergen Yalçın "Neftçi" ilə anlaşsa, bu qədər maaşa işləyəcək

İDMAN

19 Iyun 2023 | 17:40

Sergen Yalçın "Neftçi" ilə anlaşsa, bu qədər maaşa işləyəcək

Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sergen Yalçınla danışıq aparırlar.

Bakıvaxtı.az xəbər verir ki, artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.

Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sergen Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon TL) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sergenin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.

Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 milyon TL olub. /Publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR