• Bakı 12° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Sərhəddən boylanan “müşahidəçilər”: Bəzi Qərb dövlətləri, ABŞ Azərbaycana qarşı təxribatlara hazırlaşır

SİYASƏT

10 Oktyabr 2024 | 15:16

Sərhəddən boylanan “müşahidəçilər”: Bəzi Qərb dövlətləri, ABŞ Azərbaycana qarşı təxribatlara hazırlaşır

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” son vaxtlar aktivləşiblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir.

“Müşahidəçilər” Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər. Ermənistana məxsus 1 ədəd “Niva” və 1 ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn 4 “müşahidəçi” və 4 erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb. Müşahidə keçmiş “Laçın dəhlizi” istiqamətinə doğru aparılıb. Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil. Aİ “müşahidəçilərinin” erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.

Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, Avropa İttfaqının Ermənistanda yerləşdirilmiş xüsusi missiyasının təxribatları bir neçə dəfə baş verib.

C.Məmmədov vurğulayıb ki, xüsusi missiya vaxtaşırı şərti sərhədlərdən Azərbaycan tərəfə boylanır və nəyisə deməyə, ifadə etməyə çalışırlar:

"Sanki Avropa İttifaqı və ABŞ Azərbaycana qarşı təxribat törətməkdə, təzyiq etməkdə, riyakarlıqda, ədalətsizlikdə bir-biri ilə yarışırlar. Bunu açıq-aydın onların yanaşmasından görmək mümkündür. ABŞ və Avropa İttifaqı Azərbaycana qarşı ikiüzlü siyasət yürütməkdə, aşkar qərəzlərini davam etdirməkdədirlər. Bu cəhdlər həm də onu göstərir ki, bəzi Qərb dövlətləri, ABŞ və Avropa ölkələri Azərbaycana qarşı hansısa təxribatlara hazırlıq görürlər”.

Ceyhun Məmmədov: Aİ-nin Azərbaycana qarşı aşkar qərəzləri davam edir

Deputatın sözlərinə görə, görünür, ölkəmiz əleyhinə məkirli planları var və onları həyata keçirmək üçün müəyyən addımlar atmağı düşünürlər. Ancaq həmin qüvvələr anlamalıdırlar ki, belə təxribatlarla nəyəsə nail ola, məqsədlərinə çata bilməyəcəklər. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir.

“Biz bu proseslərdə sonadək öz hədəflərimizi, məqsədlərimizi həyata keçirmək üşün qətiyyətlə çalışacağıq. Qərbin pislikləri özlərinə qalacaq", - deyə Ceyhun Məmmədov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Noyabr 2024