Xəbər verildiyi kimi, Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin səhhəti yenidən pisləşib.
Xəstəxanaya yerləşdirilən Əməkdar artist vəziyyəti barədə Bakıvaxtı.az-a danışıb.
Dünən anju olunduğunu deyən S.Əliyev hazırda özünü normal hiss etdiyini bildirib:
“Əməliyyat qaçılmazdır. Həkimlərlə danışıb günü təyin etməyə çalışırıq. Çox güman ki, bu, yaxın günlərdə baş tutacaq”.
Xatırladaq ki, rejissorun ürəyinə ayrı-ayrı illərdə 3 dəfə stend qoyulub.
Günəş Mərd
















