Səudiyyə Ərəbistanı hava məkanını İsrail aviaşirkətlərinin üzünə açmağa hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, qərar ABŞ Prezidenti Co Baydenin Ər-Riyada səfəri zamanı rəsmi şəkildə elan olunacaq.
Bundan əlavə, Səudiyyə Ərəbistanı İsraildəki müsəlmanlara həcc ziyarətində iştirak üçün təyyarə ilə krallığa səfər etməyə icazə verəcək.
















