Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya gedəcək.
QMİ-nin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, səfərdə məqsəd KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etməkdir.
Sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcək. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçirilən sessiya uzun müddət videokonfrans formatından sonra ilk dəfə əyani baş tutacaq.
KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.
















