Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə silahı potensialını artırmaq üçün siyasət yürütdüklərini bəyan edib.
Bakıvaxtı.az KNCA-ya istinadla xəbər verir ki, Kim Şimali Koreyanın yaranmasının 76-cı ildönümü ilə bağlı keçirilən bayram tədbirlərində çıxış edib.
ABŞ başda olmaqla digər ölkələrin nüvə silahlandırılması sahəsində tədbirləri gücləndirməsinin Şimali Koreya üçün açıq təhlükə ünsürü olduğunu qeyd edən Koreya lideri hərbi üstünlüyün qorunub saxlanmalı və daha da artırılmasının lazım olduğunu diqqətə çatdırıb.
Kim buna görə də ölkəsinin nüvə silah potensialını artırmaq üçün siyasət yürütdüklərini bəyan edib.
Əli Hüseynov