• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Son 50 ilin ən soyuq günü YAŞANDI

DÜNYA

29 Dekabr 2021 | 23:27 | Müəllif: Subhan Mahmudov

Son 50 ilin ən soyuq günü YAŞANDI

Kanadanın şimal və qərb bölgələrində son üç gündə rekord temperatur enişləri qeydə alınıb. 

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dekabrın 26-da Britaniya Kolumbiyası əyalətinin paytaxtı Vankuverdə son 50 ilin ən soyuq günü yaşanıb.

Belə ki, bazar günü şəhərdə mənfi 15,3 dərəcə soyuq qeydə alınıb. Bu rekord sonuncu dəfə Vankuverdə 1971-ci ildə reallaşmışdı. Həmin il şəhərdə mənfi 12,8 dərəcə soyuq yaşanmışdı. 

Kanada Meteorologiya İdarəsi kəskin soyuqların Yeni ilə qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR