Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibənin gedişatı barədə prezident Vladimir Putinə məruzə edib.
Bakıvaxtı.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şoyqu xüsusi əməliyyatın gedişi barədə prezidentə məruzəsində Luqanskın nəzarətə götürülməsi barədə əməliyyatın uğurla həyata keçirildiyini söyləyib.
Onun sözlərinə görə, Lisiçansk şəhəri minalardan təmizlənir.
Şoyqu iki həftə ərzində Ukrayna ordusunun itkilərinin 5469 nəfər təşkil etdiyini də söyləyib.
















