• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Spiker tacqoyma mərasimində iştirak edəcək

CƏMİYYƏT

04 May 2023 | 17:37

Spiker tacqoyma mərasimində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

Bunu Bakıvaxtı.az-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

"Bazar ertəsi xanım Sahibə Qafarova ilə görüşüm oldu. O, sentyabr ayında Kraliça II Elizabetin dəfn mərasimində Azərbaycanı təmsil edib. İndi isə onu şənbə günü Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyirik", - səfir bildirib.

Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək. O, Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026