• Bakı C

    8.13 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Stubb: Nizamlanma Kiyevin ərazini güzəştindən asılıdır

DÜNYA

16 Dekabr 2025 | 15:58

Stubb: Nizamlanma Kiyevin ərazini güzəştindən asılıdır

"Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin gələcəyi Kiyevin Vaşinqtondan təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə getmək istəyindən asılıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb bildirib.

"Razılaşmaq lazımdır ki, nəticə etibarilə hər şey Ukraynanın ərazi güzəştlərinə getməyə və bunun müqabilində ABŞ-dən təhlükəsizlik zəmanəti almağa hazır olub-olmayacağından asılıdır", - Finlandiya prezidenti qeyd edib.

Stubbın sözlərinə görə, Avropa liderləri hazırda dörd və ya beş sənədi nəzərdən keçirirlər. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR