• Bakı 27° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Su təminatı normal rejimə qaytarılıb

CƏMİYYƏT

23 Iyul 2025 | 12:08

Su təminatı normal rejimə qaytarılıb

Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır.

Bu barədə Bakıvaxtı.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün tənzimlənmə işləri aparılır. 

Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür sutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. 

Hazırda da əksər ərazilərdə su təminatı normal rejimə qaytarılıb.


SON XƏBƏRLƏR