“Vasitəçilər olmadan, Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalaması hər iki ölkənin maraqlarına uyğundur".
Bunu siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Politoloq bəyan edib ki, Gürcüstan variantı tərəflərin müzakirəsi üçün ən məqbuldur. Onun sözlərinə görə, indiyədək olan təcrübə göstərir ki, vasitəçi dövlətlər sülh üçün deyil, öz maraqları üçün mübarizə aparırlar. Ona görə də ikitərəfli danışıqların aparılması, həm də regionun 3-cü ölkəsində həyata keçirilməsi alqışlanmalıdır.
Müsahibimiz qeyd edib ki, Ermənistanın bu varianta isti yanaşmaması da məncə, xarici səbəblərlə əlaqədardır: Vaxtilə Moskvanın ciddi təzyiqləri altında olan Ermənistan hazırda Fransa və Avropa İttifaqının təsirindən xilas ola bilmir. Hazırda Paşinyan bu təsirləri neytrallaşdırmaq gücündə deyil”.

Həsrət Rüstəmov: Ermənistan hazırda Fransa və Avropa İttifaqının təsirindən xilas ola bilmir
Həsrət Rüstəmov hesab edir ki, ancaq ermənilər bu variantın onların milli maraqlarına ən uyğun olmasını başa düşsələr, sülh müqaviləsi bağlana bilər.
Qeyd edək ki, Gürcüstan hökuməti Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının, müzakirələrin Tbilisidə aparılmasını təklif edib. Azərbaycan rəhbərliyi bu məsələ ilə bağlı daha əvvəl razılığını ifadə edib. Ermənistan baş naziri Nikol Paşinyan da Gürcüstanda Azərbaycanın baş naziri Əli Əsədovla da bir araya gəlib.
Analitiklər hesab edirlər ki, kənar vasitəçi olmadan İrəvan-Bakı danışıqlarının Tbilisidə aparılması, müəyyən nəticələrin əldə olunması baxımıdan daha effektli ola bilər.
Aydın Baxış
















