• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülhməramlılar aksiya ərazisindən maneəsiz keçdi

CƏMİYYƏT

26 Mart 2023 | 21:23 | Müəllif: Subhan Mahmudov

Sülhməramlılar aksiya ərazisindən maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat və minik avtomobilləri aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026