• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sumqayıt-Bakı qatarındakı sıxlığa  REAKSİYA

CƏMİYYƏT

11 Sentyabr 2023 | 13:39

Sumqayıt-Bakı qatarındakı sıxlığa REAKSİYA

Sumqayıt-Pirşağı-Bakı reysi üzrə qatarların cədvəlində edilən dəyişiklik sıxlığa səbəb olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, yenilənmiş hərəkət qrafiki sərnişinlərin təklifləri nəzərə alınmaqla yeni tədris ilində ictimai nəqliyyatın üzərinə düşən yükün azaldılmasına, insanların təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına hesablanıb:

“Abşeron dairəvi dəmir yolu xətti üzrə səhər saat 07:50 və 07:55 reyslərinin vaxtının dəyişdirilməsi və digər reyslər üzrə də hərəkət qrafikinin optimallaşdırılması cədvəl üzrə əlavə 8 reysin təyin edilməsinə, bunun nətisəsi kimi də gündəlik olaraq daha 2000 sərnişinin sürətli qatarlarla hərəkətinə imkan yaradır.

Bu vaxta qədər saat 07:50 və saat 07:55 reysləri ilə hərəkət edən sərnişinlərimiz 8 sentyabr tarixindən etibarən saat 07:35-ə təyin edilmiş yeni reys və saat 07:40-dakı ənənəvi reys ilə səfər edə bilərlər.

Həmçinin yenilənmiş qrafikə əsasən sərnişinlərimiz Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə saat 08:10-a təyin olunmuş yeni reys ilə də mənzil başına vaxtında çata biləcəklər.

Sumqayıtdan paytaxta səfər edən sərnişinlərin səhər saatlarında Bakıya vaxtında çatdırılması üçün Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı 6-dan 5-ə endirilərək daha qısa marşrut olan Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 2 yeni reys əlavə edilib”.

Rəsmi məlumatda qeyd edilib ki, Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə qısaldılmış Bakı-Xırdalan-Bakı və Bakı-Koroğlu-Bakıxanov-Sabunçu-Bakı marşrutu üzrə qatarlar hərəkət edir:

“Bu qısaldılmış marşrutlar Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında artmaqda olan sərnişin sıxlığının tənzimlənməsini həyata keçirir”.


Sumqayıt-Bakı qatarındakı sıxlığa REAKSİYA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR