• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sumqayıtın bu bağçasında özbaşınalıqlar var? -İDDİA

CƏMİYYƏT

15 Iyul 2024 | 15:45 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtın bu bağçasında özbaşınalıqlar var? -İDDİA

Sumqayıt şəhəri 47 saylı uşaq bağçasında narazılıqlar bitmək bilmir. “Giləmeyvə” uşaq bağçasındakı problemlərlə bağlı saytımızın elektron poçtuna növbəti şikayət daxil olub.

Bakıvaxtı.az şikayətçinin yazısını olduğu kimi sizə təqdim edir:

"Salam. Mən Mehdiyeva Kəmalə Qala qızı Sumqayıt şəhər 47 nömrəli uşaq bağçasında 2009-cu ildən xadimə-dayə işləyirdim. Bu günə kimi heç bir nöqsanım olmayıb. Ta ki Aytən Kərimli Yaşar qızı bu bağçaya müdirə təyin olunana qədər. 07.05.2024-cu ildə həkim qəbulunda (həkimin adı-Əliyev Şahin) oldum, analizlərimdə problem çıxdı, həkim mənə müalicə təyin etdi və xəstəlik vərəqəsi açıldı. Mən ev şəraitində müalicəyə davam etdim. Müalicə bitdikdən sonra həkim qəbulunda yenidən oldum, həkim müalicəni davam etdirməyimi tələb etdi və yenidən ev şəraitinə qayıtmağa məcbur qaldım. 13.05.2024-14.05.2024 tarixlərində işə getməyərək evdə müalicəmi davam etdirdim. 14 may 2024-cü il tarixdə günün yarısı həkim zəng edərək, "Sizə xəstəlik vərəqəsi verə bilməyəcəm, müdirəniz icazə vermir", - dedi. Mən sabahı günü işə getdim, normal işimdə oldum. 16.05.2024-cü il iş saatının bitməsinə az qalmış “işinə xitam verildi, sabahdan işə gəlmə” dedilər. Heç bir xəbərdalıq edilmədən, iki günə görə məni işdən çıxardılar. 3 övladım var, aldığım əmək haqqı ilə övladımın təhsil haqqını ödəyirdüm. Oğlumun hərbi xidmətə getməyinə az qalıb,  azyaşlı qız övladım var, yoldaşım isə işsizdir. Heç kim müdirə Aytən Kərimli Yaşar qızının sözündən çıxmır. Gücü bizim kimi fəhlələrəmi çatır?! Niyə axı, toxunulmazdırmı o?! Niyə işçinin üstünə qışqırmalıdır ki, get neynirsən elə, qorxmuram, çəkinmirəm! Bu qədər özbaşınalıq olarmı?! Bağçada fond pulu yığır, valideynlərdən ayrı, işçilərdən ayrı. Dövlətin verdiyi geyimləri pul ilə satır. Valideynlərə yataq dəstlərini 20 manatdan satdı. Ardınca isə hər bir valideynə - müəlliməni işdən çıxatmaqla hədələməklə - ərizə yazdırdı ki, biz yataq dəsti almamışıq. Hamını şantaj edir. İşçilərin yeməyini kəsdirərək zibilə atdırır. Məni qəsd-qərəzliklə işimdən azad elədi, heç bir səhvim olmadan, 17 ilimi sildi. Bilmirsən ki, bunun beli kimə bağlıdır, hamını susdurur, ancaq tək özüməm deyir. Bu arada, Əliyev Şahin adlı həkimi də öz oyununa salıb, məni işdən çıxartdı. Bu çətin zamanda məni 3 uşaqla işsiz qoydu", - deyə şikayətçi bildirib.

Xatırladaq ki, sözügedən bağçanın müdiri ilə bağlı mətbuatda bir neçə dəfə şikayət xarakterli məlumatlar yayılıb.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırılmağa hazırıq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026