Cəlilabad rayonunda su quyusuna düşən 1 nəfərin meyiti çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, quyuya düşdüyü ehtimal olunan ikinci şəxsin axtarışı davam etdirilir.
***
14:19
Cəlilabad sakini ehtiyatsızlıqdan həyətdəki su quyusuna düşüb, xilasetmə əməliyyatı aparılır.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini olan qadın təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.