• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Süni intellekt kişi sonsuzluğunun dərmanı ola bilər

CƏMİYYƏT

08 Sentyabr 2023 | 16:37

Süni intellekt kişi sonsuzluğunun dərmanı ola bilər

Süni intellekt kişilərin 7 faizinə təsir edən sonsuzluğun müalicəsində mühüm rol oynaya bilər.

Sperma aşkarlanmasını 1000 dəfə sürətləndirəcək texnologiya necə işləyəcək?

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Dr. Steven Vasilescu komandası ilə birlikdə hazırladığı süni intellekt proqramının ciddi sonsuzluq problemi olan kişilərdən alınan nümunələrdə sperma aşkarlanmasını 1000 dəfə sürətləndirə biləcəyini söyləyib.

NeoGenix Biosciences şirkətinin qurucusu, Texnologiya Universitetində biotibbi mühəndisi, Dr. Sidney bildirib ki, süni intellekt insan gözü nəyə baxdığını dərk edincəyə qədər istifadə oluna biləcək sperma aşkar edə bilir.

SpermSearch adlandırdıqları süni intellekt sonsuz kişilərin 100/10-nu təşkil edən analizlərində heç bir sperma olmayan kişilərin uşaq sahibi olmasını asanlaşdırma potensialına malikdir.

Belə hallarda, adətən, xayanın bir hissəsi cərrahi yolla çıxarılır, laboratoriyaya aparılır və embrioloqlar mikroskopla bu toxumada sperma axtarırlar

Əgər sperma tapılsa, götürülür və yumurtaya vurulur.

Vasilesku deyir ki, bu prosesdə birdən çox adam 6-7 saat işləməlidir. Yorğunluq səbəbindən səhv diaqnozlar qoyula bilər: “Bir embrioloq mikroskopun içinə baxdıqda çoxlu hüceyrələrdən ibarət bir quruluş görür. İçində qan və toxumalar var. Milyonlarla hüceyrə arasında yalnız 10 sperma ola bilər. Bu, ot tayasında iynə axtarmaq kimidir. SpermSearch isə nümunələrin fotoşəkillərini araşdıraraq saniyələr ərzində sağlam sperma müəyyən edə bilir".

Bunun üçün Vasilesku süni intellektə toxumalar arasında tapılan spermanın minlərlə fotoşəkili ilə təlim keçib. Süni intellekt embrioloqlara kömək etmək məqsədi daşıyır, bu, onların işini əlindən almaq deyil.

Dandi Universitetindən Dr. Sarah Martins da Silva deyir ki, sperma aşkarlanmasında sürət çox vacibdir:

“Bir qadından yumurta aldıqdan sonra onu mayalandırmaq üçün vaxt məhduddur. Bu prosesi sürətləndirə bilmək böyük üstünlük olacaq”.

Vasilesku təklif etdikləri metodun “son çarə” olduğunu vurğulayır: “Bu, yumurtanı dölləyə bilmək və ya müalicəni dayandırmaq arasında fərq yarada bilər. Embrioloqlar bu yol ilə başqa cür tapa bilməyəcəkləri sperma tapa bilərlər. Bu, sonsuz insanın öz bioloji övladının olmasını təmin edə bilər. Bir sonrakı addımımız real hamiləlikdir”.

Qeyd edək ki, son 40 ildə kişilərdə sperma sayı yarıya qədər azaldığı üçün sonsuzluq hər il artan problemdir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR