• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Susuzluq əlaməti özünü bu xəstələrdə daha çox göstərir

CƏMİYYƏT

10 Iyul 2023 | 14:11 | Müəllif: Qalib İbrahimoğlu

Susuzluq əlaməti özünü bu xəstələrdə daha çox göstərir

"Susuzluq əlaməti şəkər xəstələrində hər zaman yaşanır. Lakin yay aylarında bu, özünü daha çox büruzə verir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında pediatr-endokrinoloq Sevda Novruzova deyib.

Onun sözlərinə görə, həmin xəstəlikdən əziyyət çəkən şəxslər yay mövsümündə kəskin qidalardan imtina etməlidir. Belə ki, çox yağlı, duzlu, acılı qida məhsullarından istifadə etməməyi daha məsləhətlidir. S.Novduzova bildirib ki, bu xəstələrə axşam saat 6-7-ə qədər su içmək tövsiyə olunur: “Çünki müəyyən saatlardan sonra böyrəklərin gərgin işləməsinin qarşısını almaq lazımdır. Əks təqdirdə böyrəklərə çox yük düşür".

Müsahibimiz onu da vurğulayıb ki, susuzluğa qarşı tələbatı ödəmək üçün müxtəlif meyvələrdən istifadə etmək olar. Həkim qeyd edib ki, xüsusilə də yay aylarında şəkər xəstələrinə daha çox çay içmək tövsiyə olunur: "Çay susuzluğu daha tez aradan götürür. Həmçinin çayın sidikqovucu effekti də var. Çay şəkər xəstələrində şəkəri normaya salmaq funksiyası da var. Bu səbəbdən daha əlverişlidir".

“Gün ərzində müəyyən miqdarda su qəbul etməklə yanaşı meyvə-tərəvəzdən istifadə, bəzən də çay içərək yay boyu bu problemin qarşısını müəyyən qədər almaq olar”, - deyə Sevda Novruzova əlavə edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR