Əməkdar artist Tahir İmanov Audiovizual Şuranın sədri İsmət Səttarovun efirdə dil qaydalarının pozulması ilə bağlı 1000 manata qədər cərimələrin tətbiq ediləcəyi barədə açıqlamasına ironik video ilə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əməkdar artist instaqram hesabında paylaşım edib.
“Televiziyada yeni cərimələr tətbiq olunub. Beleliklə, televiziya verilişində “ok” sözünü işlədən 500 manat cərimə olunacaq. “Vauu” sözünə görə 500 manat, “karoçi” sözünə görə də 500 manat cərimələnəcəksiniz. Mən “uje” 1500 manatlıq cərimə etdim. Üzr istəyirəm, “uje” dedim, cərimə 2000 min manat oldu. Amma televiziyada ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz, heç bir cərimə olmayacaq”, - T. İmanov vurğulayıb.
Bakı 




