• Bakı 25° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Taksi fəaliyyəti qadağan olunan sürücülərə bu iş təklif olundu

CƏMİYYƏT

19 Iyul 2024 | 12:41

Taksi fəaliyyəti qadağan olunan sürücülərə bu iş təklif olundu

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır.

Nazir müavini qeyd etdi ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.

Rəhman Hümmətovun sözlərinə görə, təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər.


SON XƏBƏRLƏR