• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Ukrayna Rusiya və MDB çərçivəsində bir sıra sazişlərdən çıxdı

DÜNYA

03 Sentyabr 2024 | 15:36

Ukrayna Rusiya və MDB çərçivəsində bir sıra sazişlərdən çıxdı

Ukrayna Rusiya, Belarus və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə bağlanmış müqavilələrdən çıxıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Ukraynanın 1993-cü il dekabrın 23-də Aşqabadda imzalanmış xüsusi rabitə vasitələrinin dövlətlərarası mübadiləsi haqqında sazişdən çıxması barədə qərar qəbul edilib.

Eyni zamanda Ukrayna faydalı qazıntıların tədqiqi, kəşfiyyatı və istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişdən və MDB ölkələrində prokurorluq orqanlarında ümumi iş stajının qarşılıqlı əvəzləşdirilməsi haqqında sazişdən də çıxıb. Bundan başqa, Kiyev "Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin qarşısının alınması tədbirləri" haqqında sazişdən çıxıb.

Ukrayna həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında sazişi və MDB ölkələrinin müəssisələri və sənaye sahələri arasında sənaye kooperasiyasının inkişafına dəstək üçün ümumi şərtlər və mexanizm haqqında sazişi denonsasiya edib.

Qeyd edək ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə informasiya və mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət şəraiti haqqında hökumətlərarası sazişi denonsasiya edən qanunu imzalayıb. İyunun əvvəlində qanun Federasiya Şurası tərəfindən təsdiqlənib. Senatorlar mərkəzlərin faktiki olaraq bağlanması və əvvəlki hüquqi əsasda fəaliyyətini bərpa etmək perspektivlərinin olmaması səbəbindən sazişi dayandırıblar.

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 Sentyabr 2024