• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Taksi xidmətinin azaldılmasında kimlər maraqlıdır? 

CƏMİYYƏT

16 Iyun 2023 | 13:02

Taksi xidmətinin azaldılmasında kimlər maraqlıdır?

“Vətəndaşlar bir-birilə söhbət edərkən bildirirlər ki, məmurlar tıxacda qalır deyə taksi xidməti göstərən nəqliyyat vasitələrinin sayının azaldılmasında maraqlıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deputat Qüdrət Həsənquliyev bildirib. 

“Tıxacın qarşısını almaq üçün avtobusların və metrostansiyaların sayı artırılmalıdır. Avropa ölkələri ilə müqayisədə bizdə sərnişindaşıma xidməti göstərən avtobusların sayı dəfələrlə azdır. Hələ Bakıda tramvay və gəmi ilə sərnişindaşımanın olmadığını demirəm.

Onu da deyim ki, hökumətin uğurlarından biri taksi sahəsində rəqabətin olmasıdır. Bu sahəyə toxunmayın”, - deyə Q.Həsənquliyev bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR