• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Taliban" Əfqanıstanda iki nazirliyi ləğv etdi

DÜNYA

26 Dekabr 2021 | 15:11

"Taliban" Əfqanıstanda iki nazirliyi ləğv etdi

"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinə tabe olan iki nazirliyi ləğv edib.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə müvəqqəti hökumətin sözçüsünün müavini Bilal Kərimi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, söhbət sülh və parlament işləri üzrə nazirliklərdən gedir.

Həmçinin əvvəlki hökumət dövründə fəaliyyət göstərən Müstəqil Seçki Komissiyası və Seçki Apellyasiya Komissiyasının buraxılması qərara alınıb.

"Ehtiyac yaranarsa, komissiyaların işi bərpa olunacaq”, - Kərimi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026