• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Taliban" etiraz aksiyalarını qadağan etdi: Ölənlər var

DÜNYA

09 Sentyabr 2021 | 14:16

"Taliban" etiraz aksiyalarını qadağan etdi: Ölənlər var

Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" küçə nümayişlərini qadağan etdi.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Taliban" rəhbərliyi altında olan Daxili İşlər Nazirliyinin ilk rəsmi açıqlamasıdır. Qurum aksiya təşkilatçılarını və qanunu pozanların cəzalandırılacağıni bildirir: "Aksiya təşkilatçıları bundan sonra etirazın səbəbi, yeri və vaxtı, habelə istifadə olunacaq şüarlar barədə ən geci 24 saat əvvəl Ədliyyə Nazirliyinə məlumat verməlidirlər. Qadağanın səbəbi, son günlərdə keçirilən etirazların ictimai asayişi pozmasıdır".

Kabul və Heratda "Taliban" etiraz aksiyalarını havaya atəş açaraq dağıdılması və ölənlərin də olması ilə bağlı xəbərlər yayılır.

Əfqanıstanda etirazçılar arasında "Taliban" tərəfindən qoyulan məhdudiyyətlərdən narazı olan qadınlar da var.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026