• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Taliban Pakistana hücum etdi

DÜNYA

18 Mart 2024 | 14:31

Taliban Pakistana hücum etdi

Taliban Pakistana hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Talibanın yaratdığı müvəqqəti hökumətin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Taliban hərəkatının qüvvələri Əfqanıstanın Paktika və Xost əyalətlərinə reydlərə cavab olaraq Pakistana zərbələr endirib .

"Əfqanıstan heç kimin Əfqanıstan ərazisindən istifadə edərək təhlükəsizliyi təhlükə altına qoymasına icazə vermir".

Hərəkatın sözçüsü vurğulayıb ki, Pakistan öz ərazisində nəzarətin olmaması, səriştəsizlik və problemlərlə bağlı Əfqanıstanı günahlandırmamalıdır. Bu cür hadisələr Pakistanın nəzarət edə bilməyəcəyi çox pis nəticələrə səbəb ola bilər deyə xəbərdarlıq etdi.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026