• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Taliban" Pəncşirin mərkəzini ələ keçirdi - YENİLƏNİB

DÜNYA

04 Sentyabr 2021 | 21:48 | Müəllif: Subhan Mahmudov

"Taliban" Pəncşirin mərkəzini ələ keçirdi - YENİLƏNİB

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzində yerləşən Annaba rayonunu tutublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Ashwaka” bildirib.

Həmçinin qeyd edilir ki, döyüş əyalət qubernatorunun sarayının binası ərazisində aparılıb.

Daha əvvəl radikalların nümayəndəsi Bilal Kərimi tvitterdəki səhifəsində “Taliban”ın artıq Pəncşirin Hinc, Annaba, Şotol və Paryan rayonlarına nəzarət etdiyini yazıb.

***

17:12

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı bu gün müqavimət qüvvələrini cəmləşdiyi Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri üzərinə hücuma keçib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə özünü “Əfqanıstandan doğru məlumatlar, təhlil və informasiyalar” yayan kimi təqdim edən “AfghanUrdu” “Twitter” səhifəsi məlumat yayıb.

“Hazırda taliblər üç istiqamətdən Pəncşirin paytaxtı Bazaraka hücuma başlayıblar. Onlar Bazaraka doğru irəliləyirlər”, - deyə məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026