• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLAR

SİYASƏT

15 Avqust 2024 | 11:07 | Müəllif: Qalib İbrahimoğlu

Tamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın görüşləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, namizədin növbəti görüşü rayonun Mədrəsə, Kərkənc və Meysəri kəndlərinin sakinləri ilə olub.

Görüş zamanı Tamam Cəfərova ötəndövrdəki fəaliyyəti və seçki platforması haqqında seçicilərə məlumat verib.

Sonda Tamam Cəfərova kənd sakinlərinə göstərdikləri səmimi, xoş münasibətə və ən əsası qəti dövlətçilik mövqelərinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, deputatlığa namizəd Tamam Cəfərova təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüşünü Şamaxı şəhərində yaşayan şəhid ailələri ilə keçirib.

Daha sonra onun rayonun Şəhriyar qəsəbəsində, Kələxana,  Göylər, Dağ Bağırlı,  Ovculu, Bağırlı,  Hacıqədirli, Məlikçobanlı, Adnalı, Çarhan, Nüydi və Sabirli  kəndlərində sakinlərlə görüşü olub.

Keçirilən bütün görüşlərdə Tamam Cəfərova fəaliyyəti haqqında seçicilərə məlumat verib, seçicilərin müraciətləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.


Tamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLARTamam Cəfərovanın seçicilərlə görüşü davam edir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026