Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Bu barədə Bakıvaxtı.az-a Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Nigar Ögeday məlumat verib.
Onun sözlərinə görə, Malatyada dağıntılar altından daha bir neçə meyit tapılıb: "Həmin meyitlər Malatya İnönü Universitetinin azərbaycanlı tələbələrinin də yaşadıqları binanın dağıntıları altından çıxarılıb. Azərbaycan mətbuatında həmin meyitlərin azərbaycanlı tələbələrə aid olduğu barədə iddilar səslənsə, bu, doğru deyil. Əminliklə deyirik ki, həmin meyitlər azərbaycanlı tələbələrə aild deyil".
N.Ögeday onu da qeyd edib ki, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə də hazırda Malatyada axtarış aparılan ərazidədir: "O da tapılan meyitlərin azərbaycanlı tələbələrə aid olmadığını bildirib".
Xatırladaq ki, Malatya İnönü Universitetinin bədən tərbiyəsi fakültəsinin sonuncu kurs tələbəsi Şahin Verdiyev, həmin universitetin magistr pilləsində təhsil alan Gündüz Nəzərzadə, universitetin məzunu (diplomunu almaq üçün Malatyaya gedib) Hümam İsmayıllı, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Samir Quliyev zəlzələdə dağıntılar altında qalıblar
Murad Məmmədli
















