• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Tarif Şurası yuxarıdan sifariş necə gəlirsə onu qəbul edir” - EKSPERT

İQTİSADİYYAT, CƏMİYYƏT

15 Iyul 2021 | 16:26

“Tarif Şurası yuxarıdan sifariş necə gəlirsə onu qəbul edir” - EKSPERT

Bildiyimiz kimi, iyulun 1-dən təbii qazın istehlak qiyməti artıb, güzəştli istifadə tətbiq edilən qaz limiti azaldılıb.

Tarif Şurası tərəfindən qazın limitinin ölkə ərazisində eyni olması birmənalı qarşılanır.

İqtisadçı ekspert Rəşad Həsənov Bakıvaxtı.az-a bildirib ki, qazın limiti ölkə ərazisində eyni olmamalıdır: “Qazın limiti müəyyənləşdirilərkən bir neçə istiqamətdə diferensiyalaşdırılması zəruridir. Birincisi faktiki olaraq elektrik enerjisi və qazla paralel olub-olmaması məsələsi var ki, enerji qiymətlərinin eyni formada tətbiqi hansısa formada mümkündür. Amma bir çox binalar var ki, orda enerjinin bir növü; elektrik enerjisi təchizatı var, qaz yoxdur. Belə olduğu təqdirdə həmin yaşayış məskənləri və binalar üçün elektrik enerjisinin tarifi daha fərqli, yəni aşağı qiymətə verilməlidir. Lakin məsələyə sadəcə qaz aspektindən baxdıqda qazın qiymətinin özü də sərfiyyat tələbinə uyğun olaraq diferensiyalaşdırılmalıdır”.

Ekspert qeyd edib ki, ucqar rayonlarla aran rayonları arasında, bina ilə həyət evləri arasında təchiz edilən qazın qiymətləri fərqləndirilməlidir: “Yəni sərfiyyat hansı ərazilərdə obyektiv səbəblərdən daha yüksək olur, məsələn dağ ərazilərində evi qızdırmaq daha çətin olur, o ərazilərdə qiymətlər diferensiyalaşdırılmalıdır. Həmçinin əhalinin gəlirlərini də nəzərə almaq lazımdır. Ucqar rayonlara getdikcə əhalinin gəlirlərində də azalma müşahidə olunur.  Buna görə də enerji və ya qaza qoyulan qiyməti ödəyə bilməyən əhali ən yaxşı halda qazdan istifadə etmir və ağır həyat şəraitində yaşamaq məcburiyyətində qalır. Ona görə də kommunal siyasəti həyata keçirərkən bu kimi məqamların diqqətə alınması çox vacibdir”.

Rəşad Həsənovun sözlərinə görə, qiymətlərin artımı, limitin hamı üçün eyni olması ekoloji fəsadlara da gətirib çıxarır; insanlar qızınmaq üçün odun peçinə ehtiyac duyur: “Qəbul edilən hər hansı bir qərarın əhalinin davranışına və ekoloji vəziyyətə təsiri yoxlanılmalıdır və bu əsasla qərarlar qəbul edilməlidir. Tarif Şurası öz işini o qədər bəsitləşdirib ki, sifariş necə gəlirsə, vəziyyəti təhlil etmədən həmin sifarişi elə də qəbul edir. Yəni Tarif Şurası yuxarıdan sifariş necə gəlirsə onu qəbul edir”.

Nuranə Daxilqızı  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR