• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Tələbə ixtisas və təhsil formasını yalnız bu halda dəyişə bilər

CƏMİYYƏT

17 Sentyabr 2021 | 10:00

Tələbə ixtisas və təhsil formasını yalnız bu halda dəyişə bilər

Artıq ali məktəblərdə əyani təhsilin başlanmasına çox az vaxt qalıb. Bir çox tələbə əyani təhsilin bərpa olunmasına sevinməklə yanaşı, həm də işdən ayrılmaq məcburiyyətində qaldı. Çünki, təəssüf ki, Azərbaycanda əyani təhsildən qiyabiyə keçmək çox çətin, hətta müşkül məsələdir.

Bəs hansı hallarda tələbə təhsil formasını dəyişə bilər?

Təhsil eksperti Elvin Bədirov Bakıvaxtı.az-a bildirib ki, ölkəmizin ali təhsil ocaqları həm təhsil keyfiyyəti, həm də tələbələrə imkanların tanıdılması ilə bağlı beynəlxalq standartlara uduzur:

Tələbələrin təhsil və iş məsələləri hər zaman ən aktual problemlərdən biri olub. İşə görə təhsildən imtina edən kifayət qədər tələbələr var. Maddi ehtiyacları təhsil ehtiyacından daha öndə duran tələbələrin bu addımı atmaqdan başqa yolu qalmır. Azərbaycanda təhsil standartlarını mövcud təhsil qanunu müəyyən edir. Bildiyiniz kimi, hazırda yeni təhsil qanununun hazırlanması ilə bağlı uzun müddətdir iş gedir və yaxın vaxtlarda təsdiqlənəcəyinə ümid edirik. Biz bir çox ölkədə tələbələrin daha rahat zaman qrafiki ilə təhsil aldığını bilirik. Təəsüf ki ölkəmizin ali təhsil ocaqları həm təhsil keyfiyyəti, həm də tələbələrə imkanların tanıdılması ilə bağlı beynəlxalq standartlara uduzur. Uzun müddət bir çox sahədə, o cümlədən də, pedeqoji istiqamətlərdə qiyabi təhsil imkanları geniş idi. Bu gün isə biz qiyabi təhsil istiqamətlərini pedeqoji sahədə, ümumiyyətlə görmürük, digər sahələrdə isə azaldığını müşahidə edirik. Tələbələrin ixtisas və təhsil formasını dəyişməsi isə ancaq akademik dövr bitəndən sonra transfer.edu.az portalı ilə mümkündür. Əyanidən qiyabiyə o ixtisaslarda keçmək alınır ki, o ixtisasın hər hansı bir universitetdə qiyabi təhsil forması olsun. Əgər qiyabi təhsil forması yoxdursa tələbələrin də qiyabi təhsilə keçməsi baş tutmur. Bu həm də universitetlərin Maddi texniki bazasının əlverişli olmaması ilə də əlaqədardır Beynəlxalq praktikada artıq qiyabi təhsil anlayışının tədricən yoxa çıxdığını görürük. İki əsas təhsil forması dominantlıqb təşkil edir. Əyani təhsil və distant təhsil. Azərbaycanda hələ ki distant təhsilə ögey münasibət var və nə ölkəmizdə tətbiq edilmir, nə də xarici ölkələrdə distant təhsil almış tələbələrin diplomları tanınmır. Bu özü də çox ciddi bir problemdir. Azərbaycanda distant təhsil forması tətbiq edilsə və tanınsa, o zaman bizim tələbələrin də problemi əsaslı formada həll edilmiş olacaq.

Aytac Aslan


SON XƏBƏRLƏR

03 May 2025