• Bakı C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Trampın xüsusi elçisi: Ukraynada atəşkəsə bir neçə həftə ərzində...

DÜNYA

19 Mart 2025 | 18:20

Trampın xüsusi elçisi: Ukraynada atəşkəsə bir neçə həftə ərzində...

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukraynada bir neçə həftə ərzində tam atəşkəsə nail olmağın mümkünlüyünü ehtimal edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.

"Tam atəşkəs barədə danışıqlar yaxın günlərdə aparılacaq. Düşünürəm ki, biz bu vəzifəni bir neçə həftə ərzində yerinə yetirə biləcəyik", - o qeyd edib.

Əvvəlcə görüş ekspertlər səviyyəsində keçiriləcək. ABŞ və Rusiya nümayəndələri hərbi əməliyyatların dayandırılması şərtlərini razılaşdırmaq üçün bazar ertəsi və ya çərşənbə axşamı Səudiyyə Ərəbistanında görüşlər keçirməyə başlayacaqlar.

Xüsusi elçi ABŞ və Rusiya liderlərinin şəxsi görüşünün keçirilməsi mümkünlüyünü istisna etməyib.


SON XƏBƏRLƏR