Türkiyədə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, yeraltı təkan saat 06:21-də Antalyanın Alanya rayonu yaxınlığında Aralıq dənizində 5,3 bal gücündə qeydə alınıb.
Dəniz səthinin 39,52 kilometr dərinliyində olan zəlzələnin episentrinin Alanyadan 56,92 kilometr uzaqlıqda olduğu müəyyən edilib.















