• Bakı 21° C

    16.25 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Türkiyə Superliqasında mövsümə yekun vuruldu

İDMAN

02 Iyun 2025 | 00:41

Türkiyə Superliqasında mövsümə yekun vuruldu

Türkiyə Superliqasında 2024/25 mövsümünə yekun vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib və bürünc medalın sahibi müəyyənləşib. 

Səfərdə “Bodrumspor”la qarşılaşan “Beşiktaş” rəqibini darmadağın edib. 

Öz meydanında “Kayserispor”u qəbul edən “Samsunspor” isə matçın gedişində hesabda geri düşsə də, hakimin ikinci hissəyə əlavə etdiyi dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

“Bodrumspor” - “Beşiktaş” - 0:4
Qollar:
 Mustafa Hekimoğlu, 12; 45+1, Gedson Fernandes, 27, Joao Mario, 71-pen.

“Samsunspor” - “Kayserispor” - 2:1
Qollar:
 Dukkens Nazon, 46 (0:1), Soner Aydoğdu, 90+5 (1:1), Arbnor Muja, 90+8 (2:1)

Bu nəticələrdən sonra xallarının sayını 64-ə çatdıran “Samsunspor” mövsümü üçüncü pillədə başa vurub. 2 xal az toplayan “Beşiktaş” isə dördüncü olub. 


SON XƏBƏRLƏR