Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşımında bildirib.
Nazir qeyd edib ki, COVID-19 infeksiyası ilə əlaqədar 351965 nəfər test edilib, onlardan 20138-nun koronavirus testinin nəticəsi pozitiv olub. Məlumata gprə, 21214 nəfər bu xəstəlikdən sağalıb.

















