• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə güclü qar: 500-dən çox kəndlə əlaqə kəsildi

DÜNYA

14 Mart 2022 | 14:36 | Müəllif: Subhan Mahmudov

Türkiyədə güclü qar: 500-dən çox kəndlə əlaqə kəsildi

Türkiyənin şimalındakı Şərqi Qara dəniz bölgəsində bir neçə vilayətdə kəskin hava şəraiti ilə əlaqədar 533 yaşayış məntəqəsinin yolları bağlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, regionda bir neçə gün yağan qar ciddi fəsadlara səbəb olub.

Qeyd olunur ki, Giresun vilayətində 184, Rize vilayətində 172 kəndin yolları bağlı qalıb.

Bundan başqa, Artvin, Gümüşhane və Trabzon vilayətlərində yüzlərlə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Fəsadların aradan qaldırılması üçün bölgələrə xilasedicilər və texnika cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR