• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Türkiyədə illik inflyasiya aşağı enib

DÜNYA

03 Sentyabr 2024 | 11:18

Türkiyədə illik inflyasiya aşağı enib

Türkiyədə illik inflyasiya yenidən azalıb.

Bakıvaxtı.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin avqust ayında illik inflyasiya 51.97% təşkil edib. İyul ayında bu rəqəm 61.78% təşkil etmişdi. Avqust ayında istehlak qiymətləri əvvəlki aya görə 2.47%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 31.94% artıb.

Qeyd edək ki, əvvəlki ilin avqust ayına nisbətən ən az artım göstərən əsas qrup 28.96%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 120.81%-lə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.


SON XƏBƏRLƏR

29 Mart 2026