• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artıb

DÜNYA

23 Avqust 2022 | 13:22 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artıb

Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 11-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir deyib ki, Türkiyə üçün bu xəstəliklə bağlı heç bir epidemiya riski yoxdu. Bunu isə virusun qapalı mühitdə çox yaxın təmas və ya uzunmüddətli təmasla keçməsi ilə izah edib.

F.Koca ötən günlərdə Türkiyədə COVID-19-a yoluxanların sayının yenidən ən yüksək həddə çatdığını xatırladıb. Dediyinə görə, hazırda bu rəqəmlər azalır.

Məktəblərin açılması ilə ölkə üzrə yoluxma hallarının da arta biləcəyini deyən nazir bu rəqəmlərdən asılı olmayaraq təhsil sistemində heç bir ləngimələrin olmayacağını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR