Türkiyədə “Gürz-43” antiterror əməliyyatı nəticəsində terrorçuların 12 mağara, sığınacaq yeri və mövqeyi dağıdılıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində paylaşıb.
Nazir bildirib ki, əməliyyat Jandarma Baş Komandanlığının Terror əleyhinə Mübarizə İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyası ilə həyata keçirilib. Antiterror tədbirində PUA və ATAK helikopterinin dəstəyindən istifadə edilib.
"Gürz-43" əməliyyatı Patnos, Sason, Genc, Hizan, Mutki, Lice, Şenyayla, Palu, Kemah, Şemdinli, Çukurca, Hakkari, Yayladere, Payas, İğdır , Nusaybin, Ömerli, Dargecit, Muş , Pervari, Şırnak , Beytüşşebap, Silopi, Uludere, Nazımiye, Pülümür və Bahçesaray rayon və qəsəbələrində keçirilib.
Əməliyyat nəticəsində beş kiloqram partlayıcı maddə, bir "Dragunov" snayper tüfəngi, 24 əl qumbarası, dörd "Kalaşnikov" avtomat silahı, iki "RPG-7" reaktiv yaylım atəşi, bir "M16" piyada tüfəngi, bir qumbaraatan, 86 reaktiv yaylım atəşi, səkkiz PUA, beş min ədəd durbin, eləcə də müxtəlif ölçülü və diametrli sursatlar, silahlar, partlayıcı maddələr ələ keçirilib.