• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyədə yol qəzaları - bir gündə 9 ölü, 1047 yaralı

DÜNYA

07 Aprel 2024 | 16:21 | Müəllif: Subhan Mahmudov

Türkiyədə yol qəzaları - bir gündə 9 ölü, 1047 yaralı

Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.

“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.

Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR