• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı

DÜNYA

01 Mart 2021 | 16:42

Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı

Şanlıurfa və Mardinin Suriya ilə həmsərhəd vilayətlərində 5 PKK terrorçusu daxil olmaqla dövlət sərhədini pozan 9 şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Cinayətkarlar Şanlıurfanın Ceylanpınar bölgəsi və Mardinin Kızıltepe bölgəsindəki sərhəddən qanunsuz yollarla Türkiyə ərazisinə girməyə çalışıblar.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini "Suriya Demokratik Qüvvələri" adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026