• Bakı 24° C

    13.47 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ucarda təcili tibbi yardım maşını körpdüdən aşdı - Yaralılar var

HADİSƏ

25 Yanvar 2023 | 19:12

Ucarda təcili tibbi yardım maşını körpdüdən aşdı - Yaralılar var

Ucar rayonunda təcili tibbi yardım maşını aşıb, 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili "VAZ-21011" markalı minik maşını ilə Ucar-Göyçay yolundakı körpüdə toqquşaraq aşıb.

Nəticədə 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri - 1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.(report)


SON XƏBƏRLƏR

04 Iyul 2025