• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna ordusu Baxmutda 10-dan çox mövqeyi ələ keçirib

DÜNYA

14 May 2023 | 22:49 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu Baxmutda 10-dan çox mövqeyi ələ keçirib

Ukrayna hərbçiləri şəhərətrafı qəsəbələrdə Baxmut istiqamətində irəliləməyə davam edir.

Müdafiə qüvvələri qarşı tərəfin ondan çox mövqeyini ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Bu gün bölmələrimiz Baxmut ərazisinin şimalında və cənubunda ondan çox düşmən mövqelərini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib”, - o deyib.

Malyar əlavə edib ki, Ukrayna hərbçiləri müxtəlif bölgələrdən düşmən əsgərlərini əsir götürüblər.

Malyar vurğulayıb ki, hələlik işğalçılar Baxmutu mühasirəyə ala və “bu istiqamətdə parlaq qələbə qazana bilməzlər”. Eyni zamanda o, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski vəziyyəti nəzarətdə saxlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026