• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynada ölən uşaqların sayı açıqlandı

DÜNYA

07 Iyun 2022 | 11:28

Ukraynada ölən uşaqların sayı açıqlandı

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 262 uşaq ölüb, 467-dən çox uşaq güllə və qəlpə yarası alıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Rusiyanın Ukraynaya bir neçə aydır davam edən hücumu nəticəsində 730-dan çox uşaq xəsarət alıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 940 təhsil müəssisəsinə ziyan dəyib, 184-ü isə tamamilə dağıdılıb.

Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026