• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır

İQTİSADİYYAT

07 Oktyabr 2024 | 17:32

“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır

Rusiyanın “Ural Hava Yolları” şirkəti oktyabrın 28-dən Soçidən Bakıya birbaşa üçüşlara başlamağı planlaşdırır.

Bakıvaxtı.az bu barədə aviaşirkətin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Soçidən bazar ertəsi və cümə axşamı, Bakıdan isə reyslər çərşənbə axşamı və cümə günləri baş tutacaq.

Məlumata görə, uçuş vaxtı təxminən 2 saat olacaq.

Hazırda aviaşirkət Yekaterinburqdan və Moskva yaxınlığındakı Jukovski şəhərindən Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.

Soçi Hava Limanının cədvəlinə əsasən, oktyabr ayında “Azimut” və “Azərbaycan Hava Yolları” (AZAL) da bu marşrut üzrə uçuşlar həyata keçirəcək.


SON XƏBƏRLƏR

07 Oktyabr 2024