Son günlər əksəriyyət ürək bulanması və baş gicəllənməsindən şikayət edir. Belə ki, həmin şəxslər heç bir başqa şikayətləri olmadığı halda ürəklərinin bulanması və baş gisəllənməsindən əziyyət çəkdiklərini bildirilər.
Daxili xəstəliklər uzmanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, xəstə ürək bulanma və baş gicəllənmə şikayət edəndə ağla gələn ilk xəstəlik hipertoniyadır: “Yüksək təyziqi olan insanlarda baş gicəllənmə və ürək bulanma şikayətini daha çox görürük”.
Onun sözlərinə görə, ancaq ayrıca ürək bulanma mədə, bağırsaq sistemi və böyrək çatışmazlığı ilə əlaqəli problemdir: “Baş gicəllənməsi ilə birgə olması isə yüksək təyziqdən irəli gəlir. Son zamanlar yayılan infeksiyalar mədə, bağırsaq pozğunluğu verirsə, ürək bulanma, təyziqin düşməsi fonunda baş gicəllənmə ola bilər”.
Aytac Aslan