• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

ÜST-dən qızılca ilə bağlı təcili vaksinasiya ÇAĞIRIŞI

CƏMİYYƏT

23 Yanvar 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

ÜST-dən qızılca ilə bağlı təcili vaksinasiya ÇAĞIRIŞI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

Bakıvaxtı.az “Politico”ya istinadən xəbər verir ki, ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı qeyd olunub. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir. Covid-19 pandemiyası 2020-2022-ci illərdə uşaqların immunizasiya prosesinə mane olub. 1,8 milyon uşağa bu periodda vaksin vurulmadığı təxmin edilir.

Ötən həftə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi də qızılca hallarının ölkə boyunca yayıldığını bəyan edib. Milli Səhiyyə Xidməti isə bazar ertəsindən etibarən qızılca əleyhinə genişmiqyaslı vaksinasiya kampaniyasına başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR