• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi - YENİLƏNİB

CƏMİYYƏT

07 Avqust 2023 | 17:59

Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi - YENİLƏNİB

"5 avqust tarixində BQXK nümayəndələri iyulun 29-da saxlanılan şəxsə bir daha baş çəkiblər".

Bu barədə Bakıvaxtı.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynov məlumat verib.

O bildirib ki, saxlanılan şəxslə təkbətək görüş keçirilib və o Qızıl Xaç Məktubu vasitəsilə ailəsi ilə əlaqə saxlamaq imkanından istifadə edib.

“Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - İ.Hüseynova qeyd edib.

 

17:29

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.

Bakıvaxtı.az “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Xaçatryanın qızı Vera Xaçatryan açıqlayıb. 

Onun sözlərinə görə, BQXK nümayəndələri, həmçinin Vaqif Xaçatryanın ailəsinə yazdığı məktubu da ailəsinə təqdim ediblər. V.Xaçatryanın öz məktubunda vəziyyətinin yaxşı olduğunu bildirdiyi, hər zaman ailəsi haqda düşündüyü qeyd olunub. 

Xatırladaq ki, Vaqif Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR