• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Vardanyanı hansı cəza gözləyir?

CƏMİYYƏT

28 Sentyabr 2023 | 13:16

Vardanyanı hansı cəza gözləyir?

“Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, R.Vardanyana qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Vardanyanı hansı cəza gözləyir?

- 214.1 (terrorçuluğu maliyyələşdirmə)- bu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

- 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə)- bu maddə ilə ittiham edilən şəxs 12 ildən 20 ilə və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) - maddənin sankiya həddi isə üç yüz manatdan 500 manata kimi cərimə və ya 2 ilə kimi azadlıqdan məhrum etməyə qədərdir.

Qeyd edək ki, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxsə yekun ittiham elan ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026